32 yaşlı müğənni Oliver Tri vertolyot qəzasında həlak olub.
Axşam.az xəbər verir ki, hadisə ifaçı Rio-de-Janeyroda qastrol səfərində olarkən baş verib.
Oliver Tri və daha 5 nəfər iki helikopterin toqquşması nəticəsində həyatlarını itiriblər. Təyyarələr havada toqquşaraq dayanacağa düşüblər. Ölənlər arasında məşhur argentinalı bloger Qaspar Prim (Qaspi), hər iki vertolyotun pilotları, argentinalı rejissor Lukas Vinale və braziliyalı musiqi prodüseri Lukas Brito Çavis də var.