“Narmiw.Niko” adı ilə tanınan bloger Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.
Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
“Bu dünyadan bir mələk köçdü. Mənim saf, sevgi dolu, gözəllər gözəli, Merim. Artıq necə yaşayacağımı bilmirəm, qəlbimdə elə ağrı-acı var ki, ölənədək qalacaq. İnanmaq, qəbullanmaq istəmirəm, birinin məni bu yuxudan oyatmağını gözləyirəm. Ruhun şad olsun mənim həyatım, gözəl bacım, balaca balam…”.