İlhamə Qasımovanın gerçəkləşməyən arzusu

İlhamə Qasımovanın gerçəkləşməyən arzusu
485 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən müğənni olmaq istəməmişəm ki, kiminsə də ardınca deyim ki, buna oxşayım. Sadəcə olaraq sevdiyim müğənnilər olub və onları dinləyib ifa etməyi öyrənmişəm. Mənim məktəbim onları çoxlu dinləmək olub".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova “İncə səhər” verilişində deyib. O, idmançı olmağı arzuladığını bildirib:

“İndiyə qədər ən sevdiyim müğənni Maykl Ceksondur. Pop musiqinin 70 faiz ən öndə gedən hər bir şeyini səhnəyə o gətirib. Amma deyim ki, özümü ona oxşatmaq arzularım da olub. Daha çox idmançı olmağı arzulamışam, nəinki müğənni. Mən idmanda olsaydım, bilirəm ki, çox uğurlu olardım".