ABBA-nın üzvü vəfat etdi

ABBA-nın üzvü vəfat etdi
227 dəfə oxunub
  • A-
  • A
  • A+

Əfsanəvi ABBA qrupunun “beşinci üzvü” hesab olunan məşhur meneceri Görel Hanser 76 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, onun ölüm xəbəri qrupun üzvləri tərəfindən təsdiqlənib. Hanserin vəfat səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Görel Hanser ABBA ilə demək olar ki, qrupun yarandığı ilk illərdən əməkdaşlıq edib. O, 1969-cu ildə menecer Stiq Andersona məxsus "Sweden Music" şirkətində və "Polar Music" səsyazma leyblində fəaliyyətə başlayıb. Daha sonra Andersonun şəxsi köməkçisi olub və sonradan şirkətin vitse-prezidenti vəzifəsinə yüksəlib.

ABBA-nın dünya şöhrəti qazandığı dövrdə Hanser qrup üzvlərini konsert turlarında müşayiət edib, media ilə əlaqələri koordinasiya edib. Vaxt keçdikcə isə kollektivin şəxsi meneceri və üzvlərinin yaxın dostuna çevrilib.

Hanser qrupun tarixində xüsusi yer tutub. Belə ki, 1979-cu ildə onun 30 illik yubileyi münasibətilə ABBA tərəfindən xüsusi olaraq "Sång Till Görel" adlı mahnı yazılıb. Mahnı yalnız Hanser və onun dostları üçün məhdud tirajla buraxılıb. Bu gün həmin əsər ABBA-nın diskografiyasındakı ən nadir yazılardan biri hesab olunur.