Məşhur "Alf" serialındakı rolu ilə tanınan aktrisa Enn Şedin dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, aktrisa ötən gün 77 yaşında vəfat edib. Şedinin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Şedinin ən məşhur rolu 1980-ci illərin sonlarında "Alf" serialında yadplanetli Alfı qəbul edən bir ailənin anası Keyt Tanner olub. Aktrisa həmçinin "Saymon və Saymon", "Hakim Emi" seriallarında da rol alıb. Lakin Şedin "Alf" 1990-cı ildə bitdikdən sonra 35 il ərzində cəmi beş layihədə çəkilib.