Rüfət kanalları tənqid etdi: "Meyxanaçı kimdən səviyyəsizdir?"

Rüfət kanalları tənqid etdi: "Meyxanaçı kimdən səviyyəsizdir?"
233 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Rüfət Nasosnu kanallardan narazılıq edib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda meyxanaya verilişlərdə yer verilməməsindən gileylənib:

“Gördüm ki, mən danışmasam, heç kim danışmayacaq, heç kimin vecinə deyil. Kanallarımıza diqqət yetirəndə görürəm ki, bir-iki meyxana deyəndən başqa heç kimi çağırmırlar. Ümumiyyətlə, meyxanaya yer vermək istəmirlər. Mənə də təəccüblü gəlir, necə ola bilər ki, meyxana deyənin şeirinə bəstələnmiş musiqini estrada ifaçısı oxuya bilir, şeirini isə hansısa qiraətçi deyə bilir. Efirə estrada, muğam ifaçısı, şair, yazıçı, aktyor çıxa bilir, amma meyxana deyən çıxa bilmir? Meyxana deyən kimdən tərbiyəsizdir, səviyyəsizdir?

Bu, efirə can atmaq üçün deyil. Artıq Məhərrəm ayıdır. Yəni efirə çıxmağın, reklam olunmağın da bir xeyri yoxdur. Sadəcə olaraq bütün televiziyalarda meyxanaya bu cür diqqətsizlik, hörmətsizlik mənə pis təsir etdi. Meyxanaçılar sizin üçün aşağı səviyyəli insanlar deyil. Onların öz IQ-su, səviyyəsi və danışıq qabiliyyəti var. Ola bilər bir-iki nəfər pis olsun, ancaq bütün sənətlərdə özünü apara bilməyən insanlar var. Necə deyərlər, sənətin pisi yoxdur, insanın pisi və yaxşısı var”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Axşam.az (@axsamaz)