Yayda qidalanmada bu səhvləri etməyin

Yayda qidalanmada bu səhvləri etməyin
126 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay mövsümünün gəlişi ilə hava temperaturunun yüksəlməsi orqanizmin maye tələbatını artırır və qidalanma vərdişlərinə təsir edir.

Axşam.az xəbər verir ki, dietoloq yay aylarında ağır və yağlı qidalardan uzaq durmağı tövsiyə edib.

Qış aylarında daha çox üstünlük verilən yüksək kalorili yeməklərin əvəzinə su tərkibi yüksək olan yüngül qidalar qəbul edilməlidir. Tərəvəz, meyvə, tam taxıllar, paxlalılar və keyfiyyətli protein mənbələri yay qidalanmasının əsasını təşkil etməlidir. Qızartmaların yerinə isə qaynadılmış, buğda bişirilmiş, sobada və ya qrildə hazırlanmış yeməklərə üstünlük verilməlidir.

Mütəxəssislər bildirir ki, isti hava iştahanın azalmasına səbəb olur. Bu isə orqanizmin həzm zamanı yaranan istiliyi azaltmağa çalışması ilə əlaqədardır. Kifayət qədər maye qəbul edilməməsi qəbizlik kimi həzm problemlərinin yaranma riskini artırır.

Gün ərzində yalnız meyvə ilə qidalanmaq, kifayət qədər su içməmək, həddindən artıq dondurma və şəkərli içkilər qəbul etmək, həmçinin iştahanın azalması səbəbindən protein qəbulunu azaltmaq yanlış hesab edilir.

Böyüklər gün ərzində ən azı 2-2,5 litr su qəbul etməlidirlər. Güclü tərləmə, fiziki aktivlik və açıq havada işləmə zamanı isə bu miqdar daha da artırılmalıdır. Ayran, kefir, qazsız mineral su və şəkərsiz bitki çayları da maye ehtiyacının qarşılanmasına kömək edə bilər. Şəkərli içkilər isə suyun yerini tutmur.