Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar

Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
501 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncədə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova avtomobil qəzasına düşüb.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Mikayıl Müşfiq və Şota Rustaveli küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, M. Cəfərovanın idarə etdiyi “Jetour” markalı avtomobil Habil Əbdürrəhmanovun “Prius” markalı avtomobili ilə toqquşub.

Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Məlumat üçün bildirək ki, Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir.

Faktla bağlı araşdırna başlanılıb.