"Netflix" rus istehsalı olan "Maşa və Ayı" cizgi serialının yeni mövsümlərinin yayım hüquqlarını alıb.
Axşam.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Platforma eyni zamanda serialın əvvəlki bölümləri və spin-off layihələrinin yayımı ilə bağlı müqaviləni də uzadıb. Yeni seriyalarda "Maşa" ilk dəfə uşaq bağçasına gedəcək. Süjetdə həmçinin "Yeti" obrazı və onun ailəsi də yer alacaq.
Platforma “Maşa və Ayı” serialını ABŞ və Kanada da daxil olmaqla 100-dən çox ölkədə yayımlamağa davam edəcək.
Qeyd edək ki, "Maşa və Ayı" ilk dəfə 2009-cu ildə yayımlanıb.