Elnarə Xəlilova buna görə toylara getmir

Elnarə Xəlilova buna görə toylara getmir
511 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova toy sənətçiləri ilə bağlı fikirlərini bölüşüb.

Axşam.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində çıxışı zamanı toyda oxumağın böyük məsuliyyət tələb etdiyini bildirib. İfaçı toya getməməsi haqda suala belə reaksiya verib:

"Heç kim ailəsinin içinə istənməyən ifaçını dəvət etməz. Sevilən, tələbatlı ifaçı olmalısan ki, səni çağırıb ailəsinin içinə salsınlar. Biz toylarda püxtələşmişik. Toy məktəbdir, qəhrəmanlıqdır. Axşam saat 6-dan gecə 12-yə qədər ayaqüstə dayanmaq, hamının sifarişini qəbul etmək üçün səbr, bacarıq və mədəniyyət lazımdır. Təsəvvür edin ki, hər gün toydasan".