Blogerin qəzada ölən bacısının orqanları 6 nəfərə həyat verdi

Blogerin qəzada ölən bacısının orqanları 6 nəfərə həyat verdi
489 dəfə oxunub
  • A-
  • A
  • A+

“Narmiw.Niko” kimi tanınan bloger Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn olunub.

Axşam.az xəbər verir ki, bu barədə bloger sosial şəbəkə hesabında paylaşım edib.

Nərmin Əliyeva bildirib ki, ötən gün bacısı son mənzilə yola salınıb. O, paylaşımında vurğulayıb ki, Məryəmin ölümündən sonra orqanları 6 nəfərə bağışlanıb:

“Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi. Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.