Uğur Güneşlə Burak Özçivit arasında qalmaqal - "Doymadın"

Uğur Güneşlə Burak Özçivit arasında qalmaqal - "Doymadın"
409 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Güneşin doğduğu yer"serialına türkiyəli aktyor Uğur Güneşin yerinə Burak Özçivit gətirilib.

Axşam.az-ın məlumatına görə, bundan sonra Uğur sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

"Hər yerdə istifadə edilməli olan bir ifadə: "Məğlub olmuş qulun haqqını nə Məkkə, nə də sufilərin ibadət etdiyi məkan təmizləyər" deyə, aktyor paylaşımında yazıb. 

Belə ki, serialda aktyorun canlandırmalı olduğu obrazı Burakın çox bəyəndiyi və ekran işində çəkilmək istədiyi bildirilib. Bu səbəbdən Uğur başlamadan layihədən ayrılmalı olub.

Uğur paylaşımından sonra artan müzakirələr fonunda daha bir paylaşım edərək "Doymadın, doya bilmədin" deyə, yazaraq şayiələrin doğruluğunu təsdiqləyib.

Qeyd edək ki, Uğur son olaraq "Rüya gibi", Burak isə "Kuruluş Osman" serialında rol alıb.