"Mirkamili çox sevirik. O gün olsun yanımda əyləşəsən. Bizi də qınayırlar. Məni görüb soruşurlar: nə qədər deyim, Mirkamil gələcək. Toparlan, gəl səhnəyə, yanımızda ol".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Qonaqcanlı" verilişində deyib. Muğam ifaçısı proqrama zəng edən bacısı oğlu, müğənni Mirkamil Kamilova səslənib. O bildirib ki, Mirkamilə görə onu da qınayırlar.
Mirkamil isə "Müəyyən məsələlər var, öz həllini tapsın, yeni bir şey təqdim edərik. Köhnə mövzulardan yorulmuşam" cavabını verib.
Qeyd edək ki, müğənni 2014-cü ildə ürəyindən əməliyyat olunmuşdu. Bu günlərdə isə o, ikinci dəfə ürəyindən əməliyyat olunub.