Türkiyəli aktyor Doğukan Güngör hərbi xidmətə yollanıb.
Axşam.az xəbər verir ki, bu barədə məlumat aktyorun "Kızılcık şerbeti" serialındakı həmkarı Ece İrtem ilə bağlı yayılan vəfat xəbərləri fonunda bəlli olub.
Bildirilib ki, 29 yaşlı aktyor həmkarının ölüm xəbərini Şereflikoçhisar bölgəsində yerləşən Quru Qoşunları Təlim Mərkəzində hərbi xidmətini yerinə yetirərkən öyrənib.
Qeyd edək ki, Doğukan və Ece "Kızılcık şerbetində ögey ana və oğul - "Işıl" və "Fatih" obrazlarına həyat verib. Doğukan narkotik test nəticələri müsbət çıxandan sonra ekran işindən uzaqlaşdırılıb.
Ece bir neçə gün əvvəl 35 yaşında dünyasını dəyişib. Aktrisa bu gün dəfn olunacaq.