Amerikalı aktrisa Enn Heteueyin üçüncü övladı olacaq.
Axşam.az xəbər verir ki, bu barədə 43 yaşlı aktrisa özü məlumat yayıb. Heteuey paylaşımına "Körpə, mən səninəm" deyə, yazıb. M
Qeyd edək ki, Heteueyin 2012-ci ildə ailə qurduğu aktyor və zərgərlik dizayneri Adam Şulmandan iki oğlu var: 10 yaşlı Conatan və 6 yaşlı Cek.
Aktrisa sonuncu dəfə mayın sonunda "Met Qala"da iştirak etsə də, hamiləliyini gizli saxlayıb.