Reperlər Travis Skott və Dreykin hitləri ilə tanınan, "Qremmi" mükafatına namizəd olan amerikalı musiqi prodüseri Tey Kit vəfat edib.
Axşam.az xəbər verir ki, prodüser 29 yaşında dünyasını dəyişib.
Onun cəsədi mənzilində polis əməkdaşları tərəfindən aşkarlanıb. Kitin ölüm səbəbi hələlik bəlli deyil.
Qeyd edək ki, "Britavius Lakeith Chambers" adı ilə anadan olan Kit hip-hopun bir sıra görkəmli simaları ilə işləyib. O, daha çox Travis Skottun 2018-ci il hit-paradlarının ən yaxşısı olan "Sicko Mode" mahnısının həmmüəllifi kimi tanınır. Kit həmçinin Dreyk ("Nonstop"), Beyons ("Before I Let Go"), Eminem ("Not Alike") və başqalarının mahnılarına da öz imzasını atıb.