Yeganənin bu arzusu puldan asılıdır

Yeganənin bu arzusu puldan asılıdır
307 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Yeganə Mürsəlova özü haqqında film çəkmək arzusunda olduğunu bildirib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı “İncə səhər” verilişində danışıb.

“İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Öz həyatımı filmə çevirsəydim, adını “Tənha qaldım” qoyardım. Bu, xəyallarımdadır. Nə vaxtsa pulum çox olsa, belə bir film çəkəcəyəm. Bunu hər zaman xəyalımda canlandırıram. Xəyallar yaxşı şeydir, arzu-istəklərimi qururam. Bu, puldan asılı deyil.

Universitetdə Firdovsi müəllim hər zaman deyirdi ki, sən bu səhnə üçün doğulmusan, həyatda şən insansan, hamıya müsbət enerji ötürürsən. Amma oxuduqlarının hamısında bir kədər, qəm var. Cavab verirdim ki, bu, məndən asılı deyil” deyə, müğənni bildirib.