Türkiyəli müğənni Emrahın kirayədən qazandığı aylıq gəliri gündəm olub.
Axşam.az xəbər verir ki, sənətçinin İstanbul və Bodrumda 300-dən çox daşınmaz əmlakının olduğu iddia edilib.
Məlumata görə, Emrahın həmin əmlaklardan əldə etdiyi aylıq kirayə gəliri 10 milyon lirəsinə (370 min manata yaxın) çatır.
Qeyd edək ki, müğənni uzun illərdir qazancını daşınmaz əmlaka yatırması ilə tanınır.