Castin Biberin bənzəri küçədə qadını qaçırmaq istədi

Castin Biberin bənzəri küçədə qadını qaçırmaq istədi
127 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı məşhur müğənni Castin Biberin bənzəri küçədə bir qadını qaçırmağa cəhd edib və hadisə yerindən qaçıb.

Axşam.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Hadisə iyunun 19-da ABŞ-nin Kaliforniya ştatının Heyvord şəhərində baş verib. Şahidlərin sözlərinə görə, naməlum şəxs qarşısına çıxan qadına hücum edərək onu yaxalayıb və bir neçə metr sürükləyib.

Qadının qışqırığı ətrafdakı insanların diqqətini cəlb edib. Yoldan keçənlərin müdaxiləsi nəticəsində zərərçəkmiş həmin şəxsin əlindən xilas edilib. Qorxuya düşən hücumçu hadisə yerindən uzaqlaşıb və gizlənə bilib.

Polis əməkdaşları şübhəlinin boyunun təxminən 170 santimetr, çəkisinin 55 kiloqram olduğunu, sıx saçları, nazik qaşları və qeyri-adi göz rəngi ilə seçildiyini bildiriblər.

Bir neçə şahid müstəntiqlərə şübhəlinin dünya şöhrətli ulduz Castin Biberə həddindən artıq bənzədiyini qeyd edib. Hüquq-mühafizə orqanları hazırda axtarış zamanı bu bənzərlik təsvirindən istifadə edirlər.

Hadisə zamanı zərərçəkən qadının fiziki xəsarət almadığı bildirilir.