“Toy Story 5” (“Oyuncaqların hekayəsi 5”) cizgi filmi ilk həftəsonunda dünya üzrə 312 milyon dollar gəlir əldə edib.
Axşam.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb. Bu məbləğin 160 milyon dolları Şimali Amerika kinoteatrlarının payına düşür. Beləliklə, film franşizanın tarixində ən uğurlu start rekordunu yeniləyib.
ABŞ-də film kassada "Day of Exposure" blokbasterini və "Obsession" qorxu filmini geridə qoyub.
2019-cu ildə nümayiş olunan "Toy Story 4" ilk həftəsonunda 238 milyon dollar gəlir toplamışdı. “Oyuncaq hekayəsi 5” isə 2026-cı ildə indiyədək nümayişə çıxan filmlər arasında ən güclü start nəticəsini göstərib.
“Toy Story 5” filminin büdcəsi 250 milyon dollar təşkil edir. Film yalnız ön nümayişlər zamanı 17,5 milyon dollar gəlir gətirərək ilin rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, filmin premyerası 19 iyunda baş tutub.