Eks-ərinin ona "Kızılcık şerbeti"nin aktrisası ilə xəyanət etdiyini açıqladı

Eks-ərinin ona "Kızılcık şerbeti"nin aktrisası ilə xəyanət etdiyini açıqladı
270 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə daha bir xəyanət iddiası ortaya çıxıb.

Axşam.az xəbər verir ki, "Survivor" yarışması ilə tanınan Sahra Işık keçmiş həyat yoldaşı İdris Aybirdinin ona evlilikləri müddətində xəyanət etdiyini bildirib.

O, paylaşımında psixoloji təzyiqə məruz qaldığını, təhdid edildiyini və xəyanətə uğradığını açıqlayıb. Sahra vurğulayıb ki, eks-həyat yoldaşı ona tanıdığı, bir masa arxasında əyləşdikləri, "Kızılcık şerbeti" serialında rol alan aktrisa ilə xəyanət edib.

Sahra həmin aktrisanın kim olduğunu açıqlamasa da, sosial mediada həmin qadının Seray Kaya olduğu haqda iddialar səsləndirilib.

Qeyd edəkk ki, Sahra və İdris 2019-cu ildə nikah masasına əyləşib. Ötən ay boşanan cütlüyün bir övladı var. Onlar boşananda körpə hələ 11 aylıq idi.