Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla birlikdə növbəti dəfə xarici ölkəyə səfər edib.
Axşam.az xəbər verir ki, cütlük bu dəfə istirahət üçün Çinə yollanıb. Sevda səyahətdən olan görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Müğənni paylaşımına “Bu günün mənzərəsi sabahın xatirəsi” sözlərini yazıb.
Qeyd edək ki, Sevda və Zakir cütlüyünün iki qız övladı var.