"Məktəblər də yoxdur, süni tıxac niyə yaradılıb?" - Video

"Məktəblər də yoxdur, süni tıxac niyə yaradılıb?" - Video
225 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri Bakıdakı tıxaclardan şikayətlənib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib. O, Babək prospektinin görüntülərini izləyiciləri ilə bölüşərək süni tıxacın yaradılmasına etiraz edib:

"İndi ki, məktəblər yoxdur. Günorta saat üçdür. Babək prospektinin çıxışı sanki sərhəddir. Bura gün ərzində 2-3 dəfə bağlanır. Süni tıxac niyə yaradılıb burada?".