Layonel Riçi səhhətinə görə konsertini yarımçıq qoydu

Layonel Riçi səhhətinə görə konsertini yarımçıq qoydu
53 dəfə oxunub
  • A-
  • A
  • A+

77 yaşlı əfsanəvi musiqiçi Layonel Riçi Minnesotadakı konsertini səhhətinə görə yarımçıq qoyub.

Axşam.az xəbər verir ki, bu barədə "Billboard" nəşri məlumat yayıb.

Hər şey sənətçinin səhnədə olarkən qəfildən başının fırlanması ilə başlayıb. "Dancing on the Ceiling" hitini ifa edən Riçi özünü pis hiss edərək komandasına işarə edib və pilləkənlərdə əyləşib.

Vəziyyəti yumşaltmağa çalışan müğənni karyerasında ilk dəfə bu mahnını oturaq ifa etdiyini bildirib və zarafatla bu vəziyyəti pis əlamət adlandırıb. Daha sonra o, piano müşayiəti ilə "Three Times a Lady" bəstəsini səsləndirib.

Ancaq bu ifadan sonra konsert dayandırılıb. Musiqiçilər səhnədə qalsa da, məkanda sakitcə lent yazısı yayımlanmağa başlayıb. Təxminən 40 dəqiqəlik gözləntidən sonra saksofonçu Dino Soldo tamaşaçıların qarşısına çıxaraq acı xəbəri verib:

"Təəssüf ki, Layonel özünü yaxşı hiss etmir".

 Bununla da konsert başa çatıb və tamaşaçılar arenanı vaxtından əvvəl tərk etməli olublar.