Azərbaycanın aparıcı internet provayderi “Citynet” yenilənmiş strategiyası ilə qabaqcıl texnologiyalara daha geniş miqyasda keçid edib. “Citynet" ilə rahat yaşa” şüarı müştərilərin gündəlik həyatında internetdən istifadə prosesini daha sadə və rahat etməyə yönəlmiş öhdəliyi ifadə edir.
Artıq istənilən tarifə cəmi 3 kliklə qoşulmaq mümkündür. Tamamilə yenilənmiş veb-sayt daha sadə, sürətli və mobil cihazlara tam uyğun interfeys təqdim edir. Bundan əlavə, yenilənmiş mobil tətbiq vasitəsilə abunəçilər hesab idarəsi, balans yoxlaması, avtomatik ödəniş, operativ xəbərdarlıqlar və dəstək kimi imkanlara asanlıqla qoşula biləcəklər. Tətbiq həm “iOS”, həm də “Android” platformalarında əlçatandır.
Yeni strategiya çərçivəsində “Citynet” mövcud tarif xəttini də optimallaşdırıb. Artıq hər bir istifadəçi öz büdcəsinə və istifadə vərdişlərinə uyğun təklifi rahatlıqla seçə biləcək. Bundan əlavə, “Citynet” xüsusi “TələbəPlus” və sosialyönümlü “Qayğı” paketlərini də təqdim edib. Hər iki tarif haqqında ətraflı məlumatı www.citynet.az saytından əldə edə bilərsiniz.
“Citynet” yenilənmiş strategiyasını vizual kimlik üzərindən də əks etdirir. Yeni brend kimliyində hər bir element xüsusi məna daşıyır: dairə fasiləsiz xidməti, əyri xətlər isə sürətli internetin dinamik və axıcı təbiətini simvollaşdırır. Loqoda “c” hərfi mərkəzi element, nöqtə isə etibarlı və dayanıqlı əlaqənin mərkəzini təmsil edir. Wi-Fi işarəsi “rahat əlaqə” ideyasını, parlaq çəhrayı fiber optik şüanı, yaşıl rəng isə güclü siqnalı əks etdirir. “Citynet” optimallaşdırılmış tariflər, daha əlçatan xidmətlər, gücləndirilmiş müştəri dəstəyi və istifadəçi ehtiyaclarına uyğun həllərlə hər kəs üçün daha rahat rəqəmsal təcrübə yaradır.
Qeyd edək ki, “Citynet” yüksəksürətli internetlə yanaşı, eksklüziv TV xidmətləri də təqdim edir. “Citynet” tv vasitəsilə istifadəçilər “Digiturk”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi seçilmiş kanalları izləyə, həmçinin “YouTube”, “Netflix”, “Amazon Prime” və “Spotify” kimi populyar tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər.
“Citynet” haqqında
Azərbaycanın aparıcı internet provayderi olan “Citynet” yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “Citynet” Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. “Citynet” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.