"TikTok"dakı videoların 59%-i süni intellektlə hazırlanıb

"TikTok"dakı videoların 59%-i süni intellektlə hazırlanıb
92 dəfə oxunub
  • A-
  • A
  • A+

"TikTok"da yeni qeydiyyatdan keçən istifadəçinin qarşısına çıxan videoların 59%-i süni intellekt tərəfindən yaradılmış aşağı keyfiyyətli kontentlərdən (Aİ-slop) ibarətdir.

Axşam.az xəbər verir ki, "Kapwing" şirkətinin araşdırmasına görə, bu rəqəm rəqib platforma olan "YouTube Shorts" ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki, "Shorts"da bu göstərici cəmi 21% təşkil edir.

Araşdırma nəticəsində məlum olub ki, uşaqlar üçün nəzərdə tutulan kontentlərdə süni intellektin payı daha yüksəkdir (57,4%). Xüsusilə, platformadakı "#cartoonkids" heşteqi ilə paylaşılan videoların rəsmən 97%-i süni intellekt tərəfindən hazırlanıb.

Uşaq kateqoriyasından sonra saxta və keyfiyyətsiz Aİ kontentlərinin ən çox yayıldığı sahələr bunlardır:

Elm və təhsil – 35%

Sağlamlıq – 33,8%

Tarix – 33,5%

Süni intellektə ən az rast gəlinən sahələr isə fitnes (1,6%), musiqi (1,5%) və dəb (1,3%) kateqoriyaları olub.

"Kapwing" mütəxəssisləri bu nəticəni əldə etmək üçün tamamilə yeni hesablar açaraq qarşılarına çıxan ilk 500 videonu tək-tək analiz ediblər. Həmçinin platformadakı ən populyar 20 kateqoriya (yemək, səyahət, fitnes və s.) üzrə ümumilikdə 10 742 video və məşhur heşteqlər (məsələn, #traveltok və #foodie) araşdırılıb.