Bank kartlarında yaranan problemlə bağlı - Rəsmi açıqlama

Bank kartlarında yaranan problemlə bağlı - Rəsmi açıqlama
405 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərikard Prosessinq Mərkəzi 24 iyun 2026-cı il tarixində Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş hallarla bağlı açıqlama yayıb.

Axşam.az xəbər verir ki, Mərkəzin məlumatına görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.

“Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq” deyə, əlavə edilib.

Qeyd edək ki, yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdi.