Xalq artisti Səkinə İsmayılovanın da qızı bu il məzun olanlar arasında yer alıb.
Axşam.az xəbər verir ki, bu barədə sənətkar sosial media hesabında yazıb. O, övladının ikinci ali təhsil müəssisəsindən məzun olduğunu bildirib.
"Əziz balam, ikinci ali təhsilini başa vurmağın münasibətilə səni təbrik edirəm. Allah sənə xeyirli, xoş günlər nəsib etsin" deyə, S.İsmayılova qeyd edib.


