"Avroviziya" təmsilçilərimiz Samirə Əfəndi və Dilarə Kazımova illər sonra barışıb.
Axşam.az-ın məlumatına görə, bu barədə müğənni Dilarə Kazımova "İncə səhər" verilişinə müsahibəsində bildirib. Sənətçi həmkarı ilə münasibətlərinin düzəldiyini və artıq hər şeyin qaydasında olduğunu deyib:
"Biz barışdıq. Bir-birimizə dəstək olmalıyıq. Mən həmişə Samirəyə dəstək olmuşam, özü də səsi gözəl xanımdır. Hərdən danışmırdıq, bu da gündəmə çevrildi. Sonra isə barışdıq, indi hər şey gözəldir."
D.Kazımova uzunmüddətli küsülülüyün İTV-nin Yeni il çəkilişləri zamanı bitdiyini vurğulayıb:
"Çəkiliş zamanı qrim otağında bərabər idik. Orada salamlaşdıq, söhbətləşdik və beləcə barışdıq".