Sabah Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq.
Axşam.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, aparılan işlərlə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti görülən işlərin gedişindən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə qalacaq.