Əməkdar artist Elnur Kərimov qızı Aylinlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktyor övladını ad günü münasibəti ilə təbrik edib.
O, sosial şəbəkə hesabında "15 ildir həyatımıza rəng qatırsan. 15 ildir hər saniyə bizi qürurlandırır, sevindirirsən. 15 ildir sevgin bizi yaşadır. 15 ildir sənin sayəndə "Ata", "Ana" sözünü eşidir və bununla fəxr edirik. 15 illik yubileyin mübarək, qızım! Aylin, ad günün mübarək! Həyat eşqimiz, günün mübarək" sözlərini yazıb.
Qeyd edək ki, E.Kərimovun bir oğul övladı da var.