Havalar sərin olsa da, qiymətlər od tutub yanır

Havalar sərin olsa da, qiymətlər od tutub yanır
160 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay fəslinin gəlməsinə baxmayaraq, havalar hələ də tam olaraq isinməyib. Amma buna baxmayaraq çimərliklərə axışanların sayı get-gedə artmağa başlayır. Bəziləri yalnız dəniz kənarına gedib, qum üstündə dincəlməyi seçir, bəzilər isə girişi ödənişli olan hovuzlu istirahət mərkəzlərinə üz tutur.

Axşam.az bu il çimərliklərdəki giriş qiymətlərini araşdırıb. Qiymətlər ötən illə müqayisədə yenə də xeyli bahalaşıb.  

"Nar şərab"da qiymət bu il  həftəsonu 30, adi günlər 25 manatdır. Üstəlik sizdən 10 manat depozit tələb olunacaq. 

"Amburan Beach"də həftə içi 40, həftəsonu isə 50 manat ödəməlisiniz. Əlavə olaraq 5 manat dolab, 10 manat isə depozit pulu verməlisiniz. 

"Green City Resort & Residence" 12 yaşa qədər olanlar həftəsonu 25, böyüklər 40 manat ödəyəcək. Depozit  isə 5 manatdır.  

"Maize Beach" üçün 30 manat giriş tələb edilir. Uzanacaqlar isə depozitlə 30 manatdan başlayır. Həftə içi isə xanımlar üçün 20 manatdır. 

"Dalğa beach lifht" giriş 10 manatdır. 

"Nikki beach"də 3 nəfərlik hovuzkənarı yataq 150 manatdır. Burada isə xüsusi tələb var: 1 nəfər mütləq 200 manat xərcləməlidir. 

"Sea Breez" 10-16 yaşa qədər 20, 16 yaşdan yuxarı 50 manatdır. 20 manat isə depozit qoymalısan. Dolab isə 10 manatdır. 

"My beach"də giriş həftə içi 30, həftə sonu isə 35 manatdır. 

"Ramada Hotel"də həftəiçi 25, həftəsonu 30 manat giriş pulu tələb olunur.

"White Beach Club Aquapark" həftə içi 20, həftəsonu 30 manat.

"Mambo Beach Club Baku"da isə qiymət həftə içi 25, həftəsonu 30 manat olub.

"Glam Beach Baku"da giriş üçün pul ödəmirsiniz. Şezlonq qiyməti 10 manatdır. Digər qiymətlər isə dənizə yaxın-uzaq məsafəyə görə dəyişir.