Can Yaman "Kızılcık şerbeti"nin aktyorunu sərt tənqid etdi

Can Yaman "Kızılcık şerbeti"nin aktyorunu sərt tənqid etdi
140 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktyor Can Yamanla, keçmiş prodüseri, rejissor Faruk Turqut arasındakı günlərdir davam edən gərginlik bitmək bilmir.

Axşam.az xəbər verir ki, Yaman həmkarı, "Kızılcık şerbeti" serialında "Ömər" obrazını canlandıran Barış Kılıçın Turquta dəstək çıxan paylaşımının ardından daha bir açıqlama yayıb:

"İndi üç qəpik mənfəət naminə prodüserə dəstək verən aktyorlar peyda olacaq, görəcəksiniz. Biz də vaxtilə onu dürüst və ata kimi qayğıkeş biri hesab edirdik. Ta ki arxamızca nələrin baş verdiyini öyrənənə qədər. Siz isə heç vaxt o qədər pula dəymədiyiniz üçün arxanızca nələrsə edilmədi. Sadəcə qarşınızdakını dürüst sanmısınız... Problem yoxdur, olduğunuz yerdə qalmağa davam edin. Mənim baxdığım yerdən siz zərrə qədər görünürsünüz".

Can Yaman "Erkemci kuş" serialında canlandırdığı obrazdan söz açıb:

"Erkenci kuş" serialının məni məşhur etdiyini deyənlər, ondan əvvəl çəkildiyim "Dolunay" serialının neçə ölkəyə satıldığını bir araşdırsınlar. Onda "Erkenci kuş" ilə onlara nə qədər pul qazandırdığımı da təxmin edə bilərlər. Heç kim atasının xatirinə hansısa aktyorla işləmək istəməz.

"Can Divit" obrazının o cür canlandırılması mənim dahiliyim idi, prodüserin yox. Bunu vaxtilə də demişdim və buna görə böyük qalmaqal yaratmışdılar. Bir çox səhnə improvizasiya idi. Məhz buna görə mənimlə məşğul oldular, məni əldən buraxmamaq üçün. Yalnız bir prodüserin nəzarəti altında olum deyə. Mənim adım xaricdə satış zəmanəti demək idi. Sektorda qonorar balansı dəyişdi və hücumlar başladı. Həmişə ona möhtac qalım deyə, hətta haqqımda yayılan pis xəbərlərin həmin prodüser tərəfindən təşkil edildiyinə inanıram. Sonradan digər prodüserlərlə söhbətlərim də bu inancımı daha da gücləndirdi".

Aktyor bildirib ki, serial xaricə satıldığı halda ona qonorar ödənilməyib:

"Mənə çatan məlumatlara görə, "Erkenci kuş" serialındakı tərəf-müqabilim (aktrisa Demet Özdemir - red.) xarici satışlardan pay alıb. Rejissor, ssenarist və başqaları da alıb. Amma guya dürüstlüyü ilə tanınan prodüser mənə həmin haqqı ödəməmək üçün uydurduğu yalanları mən bilirəm. Siz isə onu dürüst və ata kimi qayğıkeş biri hesab etməyə davam edin. Elə belə bilməyiniz sizin işinizə gəlir".