Azərbaycan “Uşaq Avroviziya 2026” müsabiqəsinə qatılmaqdan imtina edib.
Axşam.az xəbər verir ki, bunu İctimai Televiziya "ESCplus" saytına açıqlamasında təsdiqləyib.
Bildirilib ki, Azərbaycan 24 oktyabrda Maltanın Ta Qali şəhərində keçiriləcək "Uşaq Avroviziya 2026" müsabiqəsində iştirak etməyəcək.
Qeyd edək ki, ötən il ölkəmizi müsabiqədə Yağmur Nəsrullayeva “Miau Miau” mahnısı ilə təmsil edib. O, 66 xalla 15-ci yeri tutub.