Dünyaca məşhur komediya-parodiya franşizası "Çox qorxulu kino" böyük uğura imza atıb.
Axşam.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Franşizanın qlobal kassadan əldə etdiyi ümumi gəlir rəsmən 1 milyard dolları ötüb. Ekran işi bu böyük uğura ilk filmin nümayişindən düz 26 il sonra imza ata bilib.
Filmin ekranlara yeni çıxan 6-cı hissəsi cəmi 3 həftəyə dünya üzrə 208,5 milyon dollar toplayıb. Cəmi 30 milyon dollar büdcəsi olan layihə prodüserlərinə böyük qazanc gətirib.
İyunun 12-də təqdim olunan ekran işində əfsanəvi baş rol aktrisaları Anna Feris və Recina Holl illər sonra yenidən bir araya gəliblər. Filmin yaradıcıları olan Ueyans qardaşları da bu layihədə yenidən iş başına keçiblər.
Ekran işi həm də 2017-ci ildən bəri 100 milyon dollar kassa səddini keçən ilk "+18" (R reytinqli) komediya filmi olub.
Bununla da "Çox qorxulu kino" bu yay mövsümündə "Şeytan Prada geyinir" filmindən sonra dünyada 1 milyard dollar gəliri keçən ikinci böyük franşiza olaraq tarixə düşüb.