İstiyə görə Eyfelin hündürlüyü artdı

İstiyə görə Eyfelin hündürlüyü artdı
135 dəfə oxunub
  • A-
  • A
  • A+

Paris dözülməz isti dalğası ilə mübarizə apararkən, şəhərin simvolu hesab olunan Eyfel qülləsində hər kəsi təəccübləndirən hadisə baş verib.

Axşam.az xəbər verir ki, "RTL" agentliyinin ekspertlərə istinadən yaydığı məlumata görə, güclü bürkü səbəbindən qüllənin hündürlüyü təxminən 10 santimetr artıb. Buna səbəb metalın istidən genişlənməsi xassəsidir.

Məşhur mühəndis, memar və tarixçi Bertran Lemuand bildirib ki, temperatur mənfi 10 dərəcədən müsbət 40 dərəcəyə qədər dəyişəndə qüllənin hündürlüyü təxminən 10 santimetr artır. Bu isə hər 10 dərəcədə qüllənin 2 santimetr uzanması deməkdir. Hava soyuyan kimi isə tarixi abidə yenidən öz əvvəlki ölçülərinə qayıdır.

Maraqlıdır ki, qüllə ilk açıldığı vaxtlarda 312 metr idisə, illər ərzində üzərinə quraşdırılan yeni avadanlıqlar sayəsində hazırda hündürlüyü 330 metrə çatıb.

Ekspert bu prosesin tamamilə normal olduğunu və tarixi tikili üçün heç bir təhlükə yaratmadığını qeyd edib.