Türkiyəli aktrisa Fahriyə Evcenin yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Hamal" adlı serialda baş rola çəkiləcək.
Qeyd edək ki, layihənin həm prodüseri, həm də digər baş rol ifaçısı Oktay Kaynarca olacaq. Ekran işi yeni mövsümdə "ATV"də yayımlanacaq.