Türkiyəli keçmiş model Deniz Akkaya saxlanılıb.
Axşam.az xəbər verir ki, iddialara görə, Akkaya İstanbuldakı evindən çıxarıldıqdan sonra Kartepenin Maşukiyə bölgəsində yaşayan yaxın dostu Kürşat A.-ya zəng edərək ondan kömək istəyib. Bildirilir ki, o, təxminən 20 gün əvvəl şəxsi əşyaları ilə birlikdə dostunun evinə köçərək orada yaşamağa başlayıb.
Məlumata əsasən, Deniz Akkaya həmin müddət ərzində evdə tez-tez problem yaradıb. Dünən gecə isə naməlum səbəbdən əsəb böhranı keçirərək Kürşat A. ilə mübahisə edib. İddialara görə, o, dostuna hücum edib və evdə gərgin vəziyyət yaradıb.
Hadisədən sonra Kürşat A. polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ünvana gələrək Deniz Akkayanı saxlayıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.