"Köməksiz qaldım, Camal. Oğlundan, nəvəndən, məndən də xəbərin yoxdur. Sən bəxtəvərsən, olanları görmədin".
Axşam.az xəbər verir ki, bu sözləri şair Cığatel İsaqızı "Günə uğurla" proqramında deyib. O, mərhum həyat yoldaşına ünvanladığı sözlərlə diqqət çəkib.
Bir müddət əvvəl avtomobil qəzasında vəfat edən nəvəsindən danışan C.İsaqızı kövrəlib:
"Heç bir söz adamı sakitləşdirmir. Yaşamaq məcburiyyətindəsən. Onun qardaşı, bacısı, atası var. Atasını zorla ayağa qaldırmışam. Avqustun 8-də 3 il olacaq. Hələ də gözümüzün yaşı axır. Kənardan verilən təsəlli də adamı əsəbiləşdirir. Bütün əzabları çəkmişəm, heç kimə də pislik etməmişəm. Gücüm çatan yardımlar etmişəm. Niyə bu əzabı çəkdim"