Cey Z haqda serial çəkildi

Cey Z haqda serial çəkildi
72 dəfə oxunub
  • A-
  • A
  • A+

"HBO Max" platforması amerikalı məşhur repçi Cey Z-yə həsr olunmuş "JAŸ-Z in 8" adlı sənədli serial çəkib.

Axşam.az xəbər verir ki, ekran işinin premerası bu ilin payızında baş tutacaq.

Repçinin debüt albomunun 30 illiyinə həsr olunan sənədli serial 8 seriyadan ibarətdir. Ekran işində Cey-Z ilə məşhur prodüser Rik Rubinin musiqi hitlərinin yaradılması, yaradıcılıq prosesi və sənətçinin həyat yolu barədə söhbətləri yer alıb.

Layihənin rejissoru və icraçı prodüseri Rik Rubin özüdür. İcraçı prodüserlər siyahısında Cey-Z və aktyor Daniel Kaluya da var.

Qeyd edək ki, bu, repçiyə həsr olunan ilk ekran işi deyil. İndiyədək onun həyatından bəhs edən "Streets Is Watching" (1998), "Backstage", "Fade to Black" (2004), "NY-Z" və "The Story of Jay-Z" sənədli filmləri nümayiş olunub.