Gilasın bilmədiyiniz zərəri

Gilasın bilmədiyiniz zərəri
278 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay mövsümünün ən çox sevilən meyvələrindən olan gilasın sağlamlığa faydaları ilə yanaşı, bəzi zərərləri də üzə çıxıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, qastroenteroloqlar xəbərdarlıq edir ki, gilasın dadına aldanıb onu normadan artıq qəbul etmək qaraciyərin fəaliyyətinə ciddi mənfi təsir göstərə bilər.

Mütəxəssislərin sözlərinə görə, bir oturuşda təxminən 1 kiloqram gilas yeyildikdə orqanizmə həddindən artıq fruktoza, yəni meyvə şəkəri daxil olur. Qaraciyər isə birdən-birə bu qədər fruktozanı emal etməkdə çətinlik çəkir. Nəticədə emal oluna bilməyən artıq şəkər qaraciyərdə toplanaraq orada piylənməyə səbəb olur.

Həkimlər bildirir ki, gilasın gündəlik təhlükəsiz qəbul norması cəmi 250 qramdır.