Dua Lipa öz kitabxanasını açdı

Dua Lipa öz kitabxanasını açdı
132 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Dua Lipa Portuqaliyanın Porto şəhərində "Manifest kitabxanası" adlı şəxsi kitabxanasının açılışını edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin layihəsi iyunun 27-də "Babell" Beynəlxalq Kitab Festivalı çərçivəsində qapılarını oxucuların üzünə açıb.

Dua Lipa rəhbəri olduğu layihə ilə bağlı bunları deyib:

"Bu kitabxana yox edilməyə məcbur qalan kitabların, hakimiyyət və nəzarət strukturlarını ifşa edən cəsur müəlliflərin, həmçinin hansı kitabı oxuyacağına başqalarının qərar verməsini qəbul etməyən azad oxucuların sığınacağıdır".

Kitabxana şəhərin 120 illik tarixi və məşhur "Livraria Lello" kitab mağazasının daimi bir hissəsi olaraq fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu layihə Dua Lipanın 2021-ci ildə təsis etdiyi "Service95" kitab klubunun ilk fiziki məkanı və növbəti mərhələsi hesab edilir.