Aralarındakı boy fərqi müzakirə yaratdı

Aralarındakı boy fərqi müzakirə yaratdı
318 dəfə oxunub
  • A-
  • A
  • A+

"Taxt oyunları" serialında "The Mountain" (Dağ) obrazı ilə tanınan islandiyalı aktyor Tor Byörnsson həyat yoldaşı Kelsi Hensonla paylaşdığı yeni fotolarla diqqət çəkib.

Axşam.az xəbər verir ki, cütlüyün arasındakı nəzərəçarpacaq boy fərqi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Təxminən 2,05 metr boyu olan aktyorla 1,57 metrlik həyat yoldaşının birlikdə çəkdirdiyi fotolar qısa zamanda minlərlə şərh toplayıb. İzləyicilər arasında cütlüyün 48 santimetrlik boy fərqinin süni intellektlə edildiyini deyənlər də olub.

Qeyd edək ki, Tor Byörnsson və Kelsi Henson 2017-ci ildə Kanadada tanış olublar. Cütlük 2018-ci ildə evlənib və tez-tez birlikdə çəkdirdikləri fotoları sosial media hesablarında paylaşırlar.