Şair Nazilə Səfərli sosial şəbəkədə ona təhqir və hədə-qorxu dolu mesajlar göndərən izləyicisini hüquq-mühafizə orqanlarına şikayət edib.
Axşam.az xəbər verir ki, Səfərli bununla bağlı instaqram hesabında paylaşım edərək yazışmaların görüntüsünü yayımlayıb. Mesajlarda həmin şəxsin onu təhqir etdiyi, müxtəlif ittihamlar səsləndirdiyi və məhkəmə ilə hədələdiyi əks olunub.
"Bu gecə yatağın altında yatacağam. Qorxudan əsirəm. Bunlar bizim ölkəmizi dərəbəyilik sanır. Bunlar məni də tutduracaq" deyə, Səfərli paylaşımında yazıb.
Qeyd edək ki, mübahisəyə səbəb şairin ötən gün həbs edilən "Arzum" ləqəbli bloger İlduzə Hacıyevanı müdafiə etməsi olub.
