Mətanət oğullarının telefon asılılığından şikayətləndi

Mətanət oğullarının telefon asılılığından şikayətləndi
296 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Mətanət Əliyeva ailəsindəki telefon asılılığından gileylənib.

Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, övladlarının telefondan ayrıla bilməməsindən şikayətlənib:

"Evə gedəndə telefona nadir hallarda baxaram. Telefona nifrət edirəm. Evdə baxıram ki, oğullarımın hərəsinin əlində bir telefon, oturublar. Deyirəm ki, salam, ananız gəldi.

Dünən isə gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki, mən evə gəlmişəm. Mənə yazır ki, evə gəlirsən? Dedim ki, sən telefonda ayılsan, bilərsən ki, anan artıq iki saatdır evdədir. Necə əsəbiləşdimsə...".