"Evdəkilərə salam" verilişi mərhum Xalq artisti Yalçın Rzazadənin evində qonaq olub.
Axşam.az xəbər verir ki, müğənninin xanımı Minə, oğlu Mətin Rzazadə və adını daşıyan nəvəsi kamera qarşısına keçiblər.
Oğlu Mətin atası haqda danışarkən "Son günlər gözünü açmırdı, danışmırdı. Ortancıl qardaşım dedi ki, ata, 3 oğlun da yanındadır. Gözünü açdı və son sözü bu oldu ki, necə xoşbəxtəm. Oğullarını ətrafında görüb sevindi" sözlərini deyib.
Xanımı isə ifaçının hər zaman övladlarını mehriban görməyi arzuladığını bildirib.
Qeyd edək ki, Y.Rzazadə 2021-ci ildə vəfat edib. O, iki dəfə ailəli olub. Onun ilk nikahdan 2, ikincidən isə 1 oğul övladı var.