Böyük Britaniyada bir qrup deputat məşhur "Maşa və Ayı" cizgi filminin nümayişinin qadağan olunmasını tələb edib.
Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, deputatlar müraciətlərində cizgi filminin Rusiya təbliğatı elementi daşıdığını iddia ediblər. Onlar bu tələbi ABŞ-nin "Netflix" platformasının animasiya serialının daha iki mövsümünün yayım hüquqlarını əldə etməsindən sonra irəli sürüblər.
Deputatlar xüsusilə "Maşa"nın sovet dövrünə aid hərbi geyimə bənzər forma geyindiyi və sovet sərhədçi papağını xatırladan baş geyimindən istifadə etdiyi səhnələri misal göstəriblər.
Qeyd edək ki, bundan əvvəl Estoniyanın xarici işlər naziri də "Maşa və Ayı" cizgi filmini tənqid edərək onun "militarist mesajlar" ehtiva etdiyini iddia etmişdi.
"Maşa və Ayı" dünyada ən məşhur animasiya layihələrindən biri hesab olunur. Serial 40-dan çox dilə tərcümə edilib və onlarla ölkədə yayımlanır.