Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspertiza rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspertiza rəyi
441 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinən tiktoker İlduzə Hacıyevanın (Arzum) həbsi iki gündür gündəmdən düşmür. Bu gün isə sözügedən qəzada həlak olan Amal Məlikovun vaxtilə narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair yayılan məhkəmə sənədləri müzakirələri yenidən alovlandırıb. Həmin hökmün surəti paylaşılaraq, Amalın yol qəzası zamanı da narkotik vasitənin təsiri altında ola biləcəyi iddia edilir.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən, yol-nəqliyyat hadisəsi zamanı həlak olan Amal Məlikovun qanında nə spirt, nə də narkotik vasitə aşkar edilib.

Rəydə bu barədə konkret olaraq belə qeyd olunur:

“Mərhum A.M. Məlikovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredici maddələr aşkar edilməmişdir”.

Məhkəmə isə hökmü Azərbaycan Respublikası adından çıxarır. Hakim hökm qəbul edərkən emosiyalara deyil, iş üzrə toplanmış sübutlara, ekspert rəylərinə və digər araşdırılmış materiallara əsaslanır. Tərəflərdən hər hansı biri hökmlə razılaşmadıqda isə qanun ona apellyasiya instansiyasına müraciət etmək hüququ verir.