Dünya şöhrətli müğənni Teylor Svift və idmançı nişanlısı xeyriyyə addımı ilə diqqət çəkiblər.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı "Billboard" nəşri yayıb. Cütlük toy ərəfəsində xeyriyyə fonduna 2 milyon dollar ianə edib.
Kantri musiqisinin əfsanəsi Dolli Parton sosial şəbəkə hesabında paylaşım edərək gənc cütlüyə bu xeyirxah əməllərinə görə təşəkkür edib. Onların bu məbləği Partonun uşaqlar üçün yaratdığı layihəyə köçürdüyü məlum olub:
“Teylor və Trevis, mən Dolliyəm. İndicə mənə məlumat verdilər ki, siz ikiniz mənim 'Imagination Library' layihəmə 2 milyon dollar ianə etmisiniz. Sizə təşəkkür edirəm! Şokdayam və sevincimin həddi-hüdudu yoxdur” deyə, sənətçi bildirib.
Qeyd edək ki, "Imagination Library" Dolli Parton tərəfindən 1995-ci ildə yaradılmış xeyriyyə proqramıdır. Layihənin məqsədi uşaqlara erkən yaşlarından mütaliə sevgisi aşılamaqdır. Proqram çərçivəsində hər ay azyaşlılara pulsuz kitablar paylanılır.
Xatırladaq ki, Teylor Svift və Trevis Kelsi bu günlərdə Nyu-Yorkun məşhur "Madison Square Garden" arenasında gizli şəkildə evləniblər. Toy mərasimini tanınmış aktyor Adam Sendler idarə edib.