Bacısının tənbehinə görə başını qırxdırıb tük əkdirdi

Bacısının tənbehinə görə başını qırxdırıb tük əkdirdi
197 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən Masallının Ərkivan kəndində böyümüşəm. Nə qədər belə geyinsəm də, qınımdan çıxıb qınına girən adamam. Mən bilirəm haralıyam, harada yaşayıram və nə edə bilərəm”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "İncə səhər" verilişində qonaq olarkən deyib. Sənətçi saçını bacısının tənbehinə görə qırxdırdığını və tük əkdirdiyini etiraf edib:

"Hökümə bacım mənə elə bir mesaj yazdı ki, ancaq o məni elə tənbeh edə bilərdi. Əvvəl pis oldum. Dedi ki, "bilmirəm müğənnisən, nəsən, amma saçını qırxdır". Başa saldım ki, saçımda seyrəklik var. Amma onun sözünə görə bunu etməli idim. Kənddə yaşayır, bəlkə nəsə deyirlər, xəcalət çəkir. Bacımın başı uca olmalıdır. Qeyrət-namus ana və bacıdan başlayır. "Baş üstə" dedim və saçımı qırxdırdım. 12 il əvvəl saç əkdirdiyim həkimin yanına getdim. Başımın qabaq hissəsinə yenidən saç əkdirdim".